Saqiya, ver mey ki can ilə bərabərdir mənə
Görünüş
Saqiya, ver mey ki can ilə bərabərdir mənə Müəllif: Molla Qədir Naci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Saqiya, ver mey ki can ilə bərabərdir mənə.
Bəlkə canımdan ziyadə xubü behtərdir, mənə.
Meydən özgə yox dəxi bir çarə mən dilxəstəyə,
Çünki qəm çəkmək cahan içrə müqərrədir mənə.
Şadlıqdan qeyri fərzən yüz ələm qılsam tələb
Bəxti-naməsuddən cümlə müyəssərdir mənə.
Olmasa mənzuri-çeşmim ləli-nabın, bərgi-gül
Cismimi yandirmağa guya ki əxkərdir mənə.
Üz çevirsəm mənbərü mehrabdən, eyb etmə kim,
Həlqeyi-zülfün, qaşın mehrabü mənbərdir mənə.
Üstümə qəm ləşkərin çəkmiş, məni tənha sanıb,
Bilməmiş sən dilrübanın eşqi yavərdir mənə.
Naciyəm, cürmü xətadan dəxi yoxdur bir qəmim –
Kim, səri-kuyin təvafi-Həcci-əkbərdir mənə.