Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal Müəllif: Nizami Gəncəvi |
Mürəbbe – dördlük |
Hər pəri yüzini kim, tutdu qəm-əfzayi saqqal,
Yüzi qaralayıb eylədi rüsvayi saqqal,
Gizli eybini əyan etdi sərapayi saqqal,
Saqqal, ey vay saqqal, vay saqqal, ey vayi saqqal!
Ol ki, sözü iki olmazdı, nə söylərsə,
Saqqalı qovuşcaq hər nə qədər dilbərsə,
Saqqalından sözü keçməz kimə kim, söylərsə,
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!
Bir pəri çöhrə ki bulunmazdı misli Həmil,
Kimsə lütfündən onun etməzdi qal ilə qil,
İki dirhəm saqqal ilə nə əcəb oldu səqil ?
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!
Ol ki, dərdindən oda yaxmışdı lalə cigər,
Yüzi görsə həyadan utanırdı güli-tər,
Saqqalı bitlidi, olmuşdur adı indi səqər ,
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!
Hər nə hüsnü dayanıb aşiqinin könlünü siyir,
Siqli bitsə pşimanlıq odu canını yeyir,
Saqqalın yolar və uğradığına dərd ilə deyir:
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!
Bir pəri zadü güləndamü sənubər qədd ikən,
Lalə rüxsarü səmən, cöhrəvü gülgün xüd ikən,
Saqqalı batsa olur gül, yüzi güllərə tikən,
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!
Hər kimə kim, saqqal ovcundan irər dərdü əna ,
Yoldurub, yolmaq ilə, yolmaya dərdinə dəva,
Andırıb ananını bağlamıyınca qoymuya,
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!
Ey Nizami, neçə cür etdisə sənə ol nigar,
Birinə min əvəz eylədi saqqal axər kar,
Kimə uğrarsa öldüm deyib, “sağu sıxar”
Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!