Sarıtorpaq məhəlləsi
Görünüş
Sarıtorpaq məhəlləsi Müəllif: Məşədi Bikə |
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015. |
Şamaxının anasıdır,
Sarıtorpaq məhəlləsi.
Şeir, sənət yuvasıdır,
Sarıtorpaq məhəlləsi.
Sinədəftər yazarları,
Çeşid-çeşid bazarları,
Hər insana etibarlı,
Sarıtorpaq məhəlləsi.
Şahlar, xanlar diyarıdır,
Şirvanın namus, arıdır,
Quş südü desən, vardır,
Sarıtorpaq məhəlləsi.
Kimlər gəldi, kimlər getdi,
Bağında gül, nərgiz bitdi,
Qırğında çoxları itdi,
Sarıtorpaq məhəlləsi.
Bikə burda boya çatdı,
Söz dedi, yazdı, yaratdı,
İlhamıma bir qanaddı,
Sarıtorpaq məhəlləsi.