Saz ola
Jump to navigation
Jump to search
Saz ola Müəllif: Xəstə Qasım |
Mənbə: Xəstə Qasım (1684-1760) (az). shahbulaq.az (12.09.2014). Yoxlanılıb 2015-04-20. |
Usta, məni gözlərinə fəda qıl,
Səndən saz istərəm, amma saz ola.
Dindirəndə imran dillə danışa,
Şeyda bülbüllər tək xoşavaz ola.
Yamanı yamana, yaxşını mərdi,
Tərifini edim hər düşən yerdə.
Dolaşmaya simlər, vurmaya pərdə,
Gözəllər tək onda işvə, naz ola.
Xəstə Qasım sözüm söylərəm əyan,
Elə car eylərəm, bəyanbəbəyan.
Qiymətin soruşsan, tamam on tümən,
Nə ondan çox ola, nə də az ola.