Sazla deyişmə
Görünüş
Sazla deyişmə Müəllif: Aşıq Şivğa |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Şivğa:
Hayıf olmuş, pərdələrin sökülmüş,
Əl dəyməmiş qulaqların bükülmüş,
Ağ sinəndən qamışların tökülmüş,
Hanı sazım, hanı sənin tellərin?
Saz:
Qış olanda yel səninçün əsərdi,
Barmaqların pərdələrim basardı.
Dostlar söyünərdi, düşmən küsərdi,
Hanı Şivğam, hanı sənin əllərin?