Sevdiyim (Xəstə Qasım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sevdiyim Müəllif: Xəstə Qasım |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qədəm basdın didələrim üstünə,
Sən xoş gəldin, səfa gəldin, sevdiyim!
Qurban olum siyah çeşmin məsdinə,
Nə əcəb insafa gəldin, sevdiyim!
Sabahadək didələrim uymazdı,
Seyrağıblar qanımızdan doymazdı,
O zalımlar səni mənə qıymazdı,
Sən elədin vəfa, gəldin, sevdiyim!
Əndəlib1 tək ayırdılar gülümdən,
Ah çəkərəm ürəyimdən, dilimdən,
Əğyar tənəsindən, mənim elimdən,
Çəkdin cevri-cəfa, gəldin, sevdiyim!
Yar yanmda yaslanaram mən yüz il,
Sən təzə qönçəsən, mən şeyda bülbül,
Bu dərd məni öldürərdi, yəqin bil,
Sən dərdimə şəfa gəldin, sevdiyim!
Mən Qasımam, sinəm haqqın kəlamı,
Şükür haqqa, yar eşidib nalamı,
Camalm şöləsi basmış alamı,
Düşmüş qafdan, qafa gəldin, sevdiyim!