Sevgi qarşısında çarəsizəm, qul-əsirəm

Vikimənbə saytından
Sevgi qarşısında çarəsizəm, qul-əsirəm (1996)
Müəllif: RAUF CAVAD

Sevgi ağ dənəcik, şip-şirin şəkər tozudu,
Suya qarışdıqda, ləblərə ləzzət yoludu.

İçər hər kəs şirin şərbəti çün dadlı tamdı,
Anlamaz hər kəs Gövhəri, tamı Yar, saf sudu.

Qarışıb acı şirin suya, bilinmir adı,
Gəlir həyatın acı dadı, bu dərd, quyudu.

Acısız keçməz həyat, şirin, dərdin dostudur,
Ağlar hər gün sevgidən kədər, bu qəm suyudu.

Gözün sevgi yaşı axır tökülür Araza,
Coşur-daşır Xəzər dənizi, qədim uludu.

Bürüyüb göy üzünü qanı qarə çən duman,
İstəyir dərdi ağlatsın, könüldən buludu.

Sevgi qarşısında çarəsizəm, qul-əsirəm!
Eşqə kim hakim, badi-səba, əsir-quludu!

Məcnun Leylaya vurğun, Rauf nəfs-eşqə tutqun,
Məşuqun surəti yox, Aşiq, Xəyal nurudu!