Sevgidə olmaz qanun, olub din-qanunu iflic

Vikimənbə saytından
Sevgidə olmaz qanun, olub din-qanunu iflic (1999)
Müəllif: RAUF CAVAD

Girib Leyla surətinə, saldın Məcnunu iflic,
O, qəm içrə qaldi can, itirdi huşunu iflic.

Yarin məhəbbət nəzəri qıldı eşqi giriftar,
Saldi nəfsi dərbədər ki, bula yolunu iflic.

Ayə, bu eşqə mat-məəttəldi huri mələklər,
Səhnə bəzənib, oynayır Aşiq, oyunu iflic.

Yandı can, yar ın oduna, qəlb döndü eşq-bəlaya,
Düşdü susuz yola, düşünmədi sonunu iflic.

Bu necə sevdadı ki, yoxdu bu aləmdə tayı,
Sevgidə olmaz qanun, olub din-qanunu iflic!

Səsləmişdi kimsəsizlər gəl haraya-imdadə,
Can getdi biçarə, görmədi sağ-solunu iflic.

Məzlumdu o kəski, edilər Həqqinə zülm-zillət,
Fəqət dönməz düz yolundan, bilsə də bunu iflic.

Şirindir ölüm Aşiqlərə həqiqət yolunda,
Öldürün məni çün görməz Rauf, ruhunu iflic!