Sevgilimlə qədəh tutub mey içirdik, nagahan
Görünüş
Sevgilimlə qədəh tutub mey içirdik, nagahan Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Sevgilimlə qədəh tutub mey içirdik, nagahan,
O dilbərin dodarından gecə son öpüş aldı.
Müşk bizdən əsirgədi rayihəli rəngimi,
Dan sögüldü, Günəş qızıl don geyinib, ucaldı.
Səba aldı şəbnəm düşmüş qızıl gülün ətrini,
O mübarək töhfə ilə sevgilimə yan aldı.
Gül ətrini duyan kimi, asqıraraq, o mələk
Açdı xumar gözlərini, qolun boynuma saldı.