Məzmuna keç

Sevinc-kədər, ailənin ləzzətidi

Vikimənbə saytından
Sevinc-kədər, ailənin ləzzətidi (1993)
Müəllif: RAUF CAVAD

Ailə, cümlə kəsin naz-nemətidi,
Mehriban şəxslərin lütfi sərvətidi.

Çoxunun var sərvəti, yox, qəm-dərdidi,
Kişinin ailəsi var dövlətidi.

Kimi üçün ailə yar, əbədidi,
Kimi üçün də dünya səadətidi.
 
Ailə hamıya lazım, vacibidi,
Mehriban ailə, örnək şəfqətidi.

Ailə, bəni Adəmdən bəri qəlbdi,
İnsanın ailəsi məhəbbətidi.

Həyat keşməkeşli çox incə zərifdi,
Zəhmətə ortaq, ailə şirkətidi.

Dünya xalqları böyük bir ailədi,
Hər kəsin son yeri, ev axirətidi.

Rauf həyatımızın nur bəzəyidi,
Sevinc-kədər, ailənin ləzzətidi!