Sevirəm bu gözəl dünyanı mən üçün Gözəldir
Görünüş
Sevirəm bu gözəl dünyanı mən üçün Gözəldir! (1998) Müəllif: RAUF CAVAD |
Sevirəm bu gözəl dünyanı mən üçün Gözəldir!
Çün gözəlliyin Yaradanı mən üçün Gözəldir!
Xəlq eyləyib Gözəli ürəyi heyran etməyə,
Sevirəm bu Gözəl Cananı mən üçün Gözəldir!
Həvəsdir ki, verib bu cana olmaq üçün Aşiq,
Bəxş edib dünyama Leylanı mən üçün Gözəldir!
Heyranam gözəlliyin gül üzlü gül-camalına,
Qızılgülün tikanlı canı mən üçün Gözəldir!
O gün ki, bəzənmişdi yaşıl çəməndə lalələr,
O gülün al-qırmızı qanı mən üçün Gözəldir!
Goşur dəli könlümdə şah damarın dəli qanı,
Gəl yenə yaz Dərdi-bəlanı mən üçün Gözəldir!
Kim istər ki, ola Aşiq, gərk ola halı fəna,
Bu fəna mülkünün Sultanı mən üçün Gözəldir!
Rauf, Aşiq sevər Məşuqun gizlin nur surətin,
Bu dünyanın Sahib Zamanı mən üçün Gözəldir!