Məzmuna keç

Sevmək üçün Tanrını, nə etməlidir ki, insan?

Vikimənbə saytından
Sevmək üçün Tanrını, nə etməlidir ki, insan?! (1997)
Müəllif: RAUF CAVAD

Sevmək üçün Tanrını, nə etməlidir ki, insan?!
Əcəba, gətirməlidirmi Yaradana iman!?
  
Yaranıb möcüzə bütün insan, bir qətrə sudan,
Verib canı Ana Rəhminə, O Uca Yaradan!

O, gör kim ki, bəxş edib cəmi bəşərə həyatı!
Əsirgəməz xəlqin duasın, O, eşidən-duyan!

Eyləmə küfr doğru sözə, gəl qaldır əlin göyə,
Peşman ol günahlarına, bil ki, O, Bağışlayan!

Bağışlanmaz o kəsi ki, edər zülmü bəşərə!
Çün həqiqəti görən Ədalətidir Mehriban!

Olub zalım kimsə əgər, sanmasın əfv edilər,
Məzlumun həqqin versin özünə gərək, Həqq qanan!

Əfv edər öz həqqin Yaradan, çün özünə məxsus,
O Bağışlayan-Mehriban, kəsilməz ümid Ondan!

Düşün əqlin ilə gəl imana, uyma şeytana,
Gör, hətda məlun şeytan da ümid umar Allahdan!

Göndərib söz-sevgisin neçə min peyğəmbər ilə
Ki, Söyləsin bəndəsinə, kimsə olmasın nadan!

Tanrı deyir, gəlmə hüzuruma qul həqqi ilə,
Çün Ədalətin iki gözü də tərəzi-mizan!

Öyrədir qanunu tövrat, verir müjdəni incil,
Var ikən can, gərək qanaki insan ola peşman!
 
Rauf göstərir düz yolu ki, qanıb düz gedəsən,
Gəl oxu quranı ki, anlayasan, nədir vicdan!