Sevmişəm

Vikimənbə saytından
Sevmişəm
Müəllif: Məhəmməd Füzuli

Mən əzəldən nuri-paki Mustafanı sevmişəm,
Şahı mərdan şiri yəzdan Mürtəzani sevmişəm.

Yox mənim canımda qorxu atəşi niranidən,
Şahi Həsən həm Hüseyni Kərbəlanı sevmişəm.

Rəhnümadır cümleyi möminlərə Zeynül İbad,
Baqiri, Cəfəri, Musani, Rizani sevmişəm.

Həm Təqidir, həm Nəqidir, həm imami Əsgəri,
Ey Füzuli sidq ilə Sahibi-Zamanı sevmişəm.