Sevmişəm (Molla Pənah Vaqif)

Vikimənbə saytından
Sevmişəm
Müəllif: Molla Pənah Vaqif

Uzun ağ, dəyirmi, gözun məstana,
Baxışın bağrımı dondərdi qana.
Ağzın sədəf, dişlərindir durdana
Əcayib cəvahir lə’li sеvmişəm.

Halqalanır zulfun buxaq yanında,
Yay qaşların ucu qulaq dalında,
Zənəxdan icində yanaq yanında
Qara tеlli bir xətalı sеvmişəm.