Seyri-bağ içrə o gül pərdeyi-rüxsarın açar

Vikimənbə saytından
Seyri-bağ içrə o gül pərdeyi-rüxsarın açar
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 99

Seyri-bağ içrə o gül pərdeyi-rüxsarın açar,
Hissi-heyrət dəhənin qönçeyi-gülzarın açar.

Elə bir dilbərin eşqində səfa tapdı ki dil,
Kəbə təşrifinə min şövq ilə divarın açar.

Deyirəm, gör nə qədər bəxtəvər aşiqdi külək,
Haçan istər, qapısın-pəncərəsin yarın açar.

Zahidə vəd edəsən qönçə ləbindən busə,
Tamahın tutmaz azandan qabaq iftarın açar.

Sözü dərk eyləyənin ruhuna məlhəmdir söz,
Sanmayın könlünü hər naşı xridarın açar.

İstərəm bir dəfə Məcnun ilə həmsöhbət olum,
Bəlkə, rüsvayi-cahan olmağın əsrarın açar.

Var səbəb, eyləmərəm sübh namazında qəza,
Bəlkə, o mah durub türreyi-tərrarın açar.

Vüqar insaf eləməz xam sözü hər naəhlə,
Harda hal əhli görər, süfreyi-əşarın açar.