Sirri-eşqi demək olseydi, nihan etməz idim
Naviqasiyaya keçin
Axtarışa keçin
Sirri-eşqi demək olseydi, nihan etməz idim Müəllif: Əbdülxalıq Yusif |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Sirri-eşqi demək olseydi, nihan etməz idim,
Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
Göz yaşın saxlamaq olsaydı kəsərdim güzərin,
Dəxi ruxsarıma, ey sərv, rovan ettməz idim.
Dözmək olsaydı əgər dərdü qəmi-hicranə,
Gizlədərdim, onu xəlq içrə əyan etməz idim.
Hasil olsaydı əgər qeyrilə cəmiyyəti-dil,
O səri-zülfti-pərişanda məkan etməz idim.
Dolmasın əşk ilə çeşmim, edə bilsəydim əgər,
Özümü boş yerə rüsvayi-cahan etməz idim.
Baxa bilsəydim əgər qönçəyə sənsiz, bu qədər,
Fikri-ləlinlə dəxi bağrımı qan etməz idim.
Bilməsəydim var əgər tiri-məlamət Yusif,
Könlümü talibi-əbruyi-kaman etməz idim.