Məzmuna keç

Sisianovun Cavad xana məktubu (11 dekabr 1803)

Vikimənbə saytından
Sisianovun Cavad xana məktubu
Müəllif: Pavel Sisianov
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Azərbaycan tarixinə yeni baxış. Məhərrəm Zülfüqarlı. Bakı, 2007.

11 dekabr 1803 – cü il tarixli məktubda deyilirdi: "Knyaz Sisianov əlahəzrət Cavad xana bildirir ki, onun məktubunu alıb, ona heç bir qeyd – şərt qoymur, lakin səmimi – qəlbdən məsləhət görür, sabah lütfükar padşahın təntənəli günüdür və zati – ali həmin gün şəhərin açarını öz oğlu Hüseynqulu ağa ilə mütləq göndərsin. Şəhərin rus ordusu rəisinə təslim edilməsi əlaməti kimi Hüseynqulu ağa əmanət saxlanmalıdır. Onda Cavad xan Gəncəli mərhəmətli padşahımızın xoşbəxtlik və firavanlıq səltənətinə düşəcəkdir. Yox, əgər bu tələb sabah naharadək yerinə yetirilməsə, savaş qızışacaq. Bunu görmək nə qədər ağır da olsa, rus ordusunun rəisi ulu Allaha and içir ki, qan su yerinə axacaqdır."