Sisianovun Cavad xana məktubu (9 dekabr 1803)
Jump to navigation
Jump to search
Sisianovun Cavad xana məktubu Müəllif: Pavel Sisianov |
![]() |
9 dekabr 1803 – cü il tarixli məktubda deyilirdi: "Həşəmətli Ümumrusiya ordusunun generalı, Gürcüstan, Həştərxan və Qafqazın baş komandanı, Xəzər donanmasının rəisi, bir çox ordenləri olan knyaz Sisyanov, Avropa adəti üzrə Siz zati – alidən, Gəncə xanı Cavad xandan bir daha soruşur: qalanı rus ordusu rəisinin ixtiyarına təslim edirsiniz, ya yox? Cavab sabah səhər tezdən təcili gəlməlidir və qasid öz əmin–amanlığı naminə əlində ağ yaylıq tutmalıdır".