Sisianovun Cavad xana son məktubu
Sisianovun Cavad xana son məktubu Müəllif: Pavel Sisianov |
Həmçinin baxın: Haqqında • Mənbə: Azərbaycan tarixinə yeni baxış. Məhərrəm Zülfüqarlı. Bakı, 2007. |
Cavab məktubundan sonra Sisianovun Cavad xana sonuncu, 29 dekabr 1803 – cü il tarixli məktubu unvanlamışdı: "Qalanı xoşluqla vermək meylinizin olmadığını görüb axırıncı dəfə təslim şərtlərini Sizə göndərməyi özümə borc bilirəm… Məktubuma təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul hesab edirəm. Bu, ona görədir ki, insanlar arasındakı qarşılıqlı hörmətə riayət olunmalıdır: yəni mən Sizin məktubunuza həmin gün cavab verirəmsə, əvəzində Siz də belə hərəkət etməlisiniz. Buna görə də ümidvaram ki… sabah günortadan qabaq məktubumun cavabını ala biləcəyəm."
Məktubda daha sonra təslim şərtləri irəli sürülür: "Gəncə şəhərinin təslimi aşağıdakı maddəlrə görə qəbul edilə bilər:
1.Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya padşahının təbəəliyinə and içir;
2. Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir;
3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 1804 – cü ildə həmin məbləği təcili ödəyir;
4. Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir;
5. Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökümətinin idarəsinə keçirlər; Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş idarəedicisinin yanında həmişəlik qalmaq üçün əmanət verir".