Sona
Görünüş
Sona Müəllif: Molla Cümə |
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31. |
Nə yandırdın eşq əhlinin canını,
Sənsən bu dünyanın maralı, Sona.
Tökməginən sən aşığın qanını,
Soluban gül rəngin saralı, Sona.
Bağban olub bağlarına girmədim,
Qızıl gülü dəstə-dəstə dərmədim.
Dərib sevdiyimə verə bilmədim,
Alışan ocaqlar qaralı, Sona.
Gözəllər içində məşhurdur üzün,
Məxluqat içində şirindir sözün,
Xumarlanmış, canan, qaş ilə gözün,
Nə üçün gəzirsən aralı, Sona.
İndi düşdü ayrılığın zamanı,
Kim eylərdi böylə işə gümanı,
Xəzəl tək saraltdın Molla Cüməni,
Başım olub mənim bəlalı, Sona.