Sona xanım, çıx eyvana

Vikimənbə saytından
Sona xanım, çıx eyvana
Müəllif: Şifahi xalq ədəbiyyatı

Sona xanım, çıx eyvana,
Bir bax bu gözəl oğlana.
Doğrusun söylə mərdana
Hüsnü-cəmalı yaxşıdır.
Altında vardır göy atm,
Pələng kimi əl-qol atır.
Bir anda mənzilə çatır,
Cahi-cəlalı yaxşıdır.