Sorarsan, dərdim iki parə, dağ, xalə bənzər

Vikimənbə saytından
Sorarsan, dərdim iki parə, dağ, xalə bənzər (1995)
Müəllif: RAUF CAVAD

Ey üzü qırmızı lalə, eşqin alə bənzər,
Qəlb aləminə qonmuş sevgin, gül-lalə bənzər.

Niyə ahü-fəğan eylərəsən bülbüli can,
Qan ağlarsan ey Gülüzar, nəfs, Vüsalə bənzər.

Ahu Gözəlim, bu nə cürət bu nə cəsarət,
Vermiş İlahi nəfsi qüdrət, Xəyalə bənzər.

Canın rüsvay edib eşqi, aləm ki, bi xəbər,
Sinəmi dağlarsan ahım, ey Kəmalə bənzər.

Cahan böyük kiminə, sürür ömrü bihudə,
Mənə süzün bir qədəh badə, son halə bənzər.

Sənə dar gəldi aləm olum yoluna fəda,
Su tək çağlarsan hər an, ləbi Tünzalə bənzər.

Görsən qərib hali bəşəri, neynərsən yenə!?
Mən ölmüş var ikən, yazılsa, məqalə bənzər.

Kimsəsiz halimə səndən savayı kim ağlar?!
Yanarsan, ağlarsan nohəmə, risalə bənzər.

Niyə bəşər cani xəstə, yarəsi gicbəsər,
Uzaqlardan görsənmir Xəyal, sualə bənzər.

Xəbərsiz durub nida, etmir səsi həyacan,
Baxarsan göyə ucalıb ahım, nalə bənzər.

Bilsən, var Rəhminə yoxki tay aləmdə Sənin,
Dərdi bilən bilərki, şah qanınla lə bənzər!

Gəl görki Rauf, Qərib gözlər dəli-divanə,
Sorarsan, dərdim iki parə, dağ, xalə bənzər!