Sorsana
Görünüş
Sorsana Müəllif: Aşıq Ömər |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qurulalı nələr çəkmiş
Yalan dünyaya sorsana.
Necə min dürlü qan etmiş
Axan dəryaya sorsana.
Bilinməz nə əcəb aldır,
Könül bir sərxoş misaldır.
Aşiqlik nə müşkül haldır,
Çəkən şeydaya sorsana.
Bu dərdin çarəsin bilməm
Axar çeşmim yaşın silməm.
Olaydın yar ilə bir dəm
Çəkib tənhaya sorsana.
Kəlamı naz ilə söylər
Qərib könlüm alıb neylər?
Neçin cövrü cəfa eylər?
Mələk simaya sorsana.
Cahanda bulmadım bir yar
Ruzi-şəb eylərəm əfkar.
Der ki, Ömər, cümləmiz var
Edən Mevlaya sorsana.