Soruşdun ki, ürəyində rəğbət yoxdur şahlara
Görünüş
Soruşdun ki, ürəyində rəğbət yoxdur şahlara Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Soruşdun ki, ürəyində rəğbət yoxdur şahlara?
Bəli, yoxdur sultanlara rəğbətim zərrə qədər.
Rey valisi qoymadısa Xorasana gedim mən,
Nə eybi var, bundan mənə yetişməz heç bir zərər.
Lakin, bu gün heç kəsə də verməsəydi icazə,
Gərək mənə başqalardan fərq qoyaydı o sərvər.
Mən gedirəm Xorasanda alimlərin yanına,
İşim yoxdur oradakı əmirlərlə, müxtəsər.