Statistika
Statistika Müəllif: Əliqulu Qəmküsar |
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Hər hansı məmləkətdə ki, sabun və kağız çox istemal oluna, o dəlildir o məmİəkətin mütəməddin və əhalİsinin əhli-maarıf olduğıına. Həqiqətdə mən bu mətləbi oxuyub çox şad oldum ki, əgor vaqedə elaməti-təreqqi sabun ile kağızın artıq işlənmeyində olsa, əlhəmdüilİllah, biz müsəlmanlardan yer üzünde maarifmənd bir tayfa yoxdur. Çünki cəmi aləm bilir kİ, müsəlman millətindən artıq təmizliyə rağib bir millet ola bilməz, Bu sözlərə inanmayan ya təşrif aparsın İranın o gözal, saf ve təmiz hamamlarına, əgər trana da əli çatmasa, buyursun Qafqaz şəherlorinde müsolman məhəlləlerinə, ta görsün ki, hamamlarda, maşallah, her gün camaatın çoxluğundan iynə salmağa yer yoxdur və hətta elə olur kİ, üç-dörd adam sığışmayan bir hovuza birdən qırx adam soxulur.
Bu məsələ ki, həli olundu, ındi keçək kağız işlətmək məsələsinə. 1909-cu ilin statistikasma görə həmin ii yalnız bir İranda doqquz milyon doqquz yüz doxsan min batman mərənddaşı üst-üste kağız işjənnıişdir. 1909-cu ildə Imnda işlənən kağtzın surəfi:
Hacı Nəcmüddöviənin təqviminə ki, bütün iiin hadisatmı göstərir, 97281 batman Mərənd daşı.
Mərsiyə və mocüzə kitablanna, köhnə ve sinəzən deftorçələrinə 86235 batman səqət.
İlan, əqrəb, qorxu, bədnəzər, mehobbət, cadu və kaftarküş dualarına 58921 batman ponzalı.
Bayramda zəfəranh su ile yazılan dualara ki, hər derdİn dərmanıdır, 76418 batman min misqal.
Kəbin, təlaq, siğə, təməssük, ittihadnamə, İcarənamə və iqramamolərə ki, Siqotül-İslam vo Müinnül-İslamlar yazıblar, 57987 batman Təbriz daşı.
Təkfimamələr ki» Tağızadəlorİn, Məmmədəlİni istəməyənlərin və sairelerinin haqqırıda ətabati-aliyyatda ve İranda ülema kəsretullah ərrısalühüm tərəfindən sadir olub 1000000000 batman Marağa daşı.
İndi lap arxayın ol ki, yer üzündə əhlİ-maarif millətlərin birincisi müsəlmandır v ə medəni ölkələrİn də ən əvvəlimcisi İrandır.
- "Molla Nəsrəddin”, 22 oktyabr 1911, N 37