Su və külək

Vikimənbə saytından
Su və külək
Müəllif: Mikayıl Müşfiq

 
Zaman gələr
Torpaq bizdən
Əsirgəyər petrolunu.
Fəqət möhkəm bolşeviklər
Mübarizə sahəsində
Yadırğamaz rolunu.
Yer üzündə sular var,
Sularda dalğalar var,
Dalğalarda ruzgar var,
Həpsi- bizim qüvvətimiz...
Biz suları, küləkləri
Fəth edəriz.
Külək- qüvvət,
Su- qüvvət,
Nə genişdir təbiət.
Bu il məchul iqlimlərə yelkən açan
Gedişlərin bayramı.
Fil xortumlu maşınların,
Xortumları altındakı
Qart dişlərin bayramı.
Başımızın üzərində
Hızla əsən
Qayalar var.
Ayağımız altında ilan-ilan
Qıvrılan
çaylar var.
 
Həp bunlarla genişlər
Dünyamızın çərçivəsi,
Bu çayların hər dalğası
Bir sarsılmaz at qüvvəsi.