Məzmuna keç

Tökdükcə qanımı oxun, ol asitan içər

Vikimənbə saytından
Tökdükcə qanımı oxun, ol asitan içər
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.120.

Tökdükcə qanımı oxun, ol asitan içər,
Bir yerdəyəm əsir ki, toprağ qan içər.

Əhli-zəmanə qanına çox təşnədir zəmin,
Qanın kimin tökərsə fələk, ol zəman içər.

Mey içmədən açılmaz imiş babi-məğfirət,
Sövgəndlər bu babdə piri-müğan içər.

Üqbadə Kövsər istəməsin rindi-meykədə,
Dünyadə bəs degilmi meyi-ərğəvan içər?

Qəmzən görünməyib gözə, qanlar içər müdam,
Zahid kimi ki, badəni eldən nihan içər.

Meydən əgərçi tövbə verir el Füzuliyə,
Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.