Məzmuna keç

Tövbənamə

Vikimənbə saytından
Tövbənamə
Müəllif: Məhəmməd bəy Aşiq

 
Ey xuda sənə əyandır ki, vəfadaram mən,
Tutduğum işləri yad eləyib ağlaram mən.
Leyk bu nəfsin əlindən həməvəqt zaram mən,
Əliboş, üzüqara, bəndeyi biaram mən.
Hər nə tənbeh edəsən, ona səzavaram mən,
Gəlmişəm dərgəhinə, labüdü naçaram mən.
Rəhm qıl, bari-xudaya ki, günahkaram mən,
Asiyü bədəməlü-rusiyəhü xaram mən.

Gərçi dünyayə gəlib gəzdimü getdim biçiz,
Vermədim xeyrü şərə zərrəcə təşxisü təmiz.
Artdı hirsim mərəzi, etmədim əsla pərhiz,
Dəxi bundan sora yoxdur mənə bir rahi-güriz.
Nə əməl riştəsi var əldə, nə bir dəstaviz,
Eylədim xəlq ilə nahaq yerə pərxaşü sitiz.