Tövhid (Həbibi)

Vikimənbə saytından
Tövhid
Müəllif: Həbibi

Ədəmdən ta ki, aləm oldu peyda,
Bulunmadı tapuna mislü həmta.
Sana kim bənziyə, ey dilrüba, kim
Ki, sənsən o əltafı-əsli həyula1.
Xəyalın xeylidür, ey şahi-əzəm,
Edən canü könül mülküni yəğma.
Pərişan zülfinin sevdalarından
Dimağım doldu fasid fikri-sevda.
Ləbi-ləlin fəraqından axıbdır
Gözüm hər dəmbədəm xuni-suvəyda.
Gözüntək görmədi bir fitnə əngiz
Olaldan dövri-aləm çeşmi bina.
Görəldən nərgisi-məxmurin, ey dust,
Cəhan xalqına oldum məstü rüsva.
Cəhanda qalmadı bir zərrə zülmət,
Olaldan gün yüzün nuri hüveyda.
Cəmalin müshəfin eynim görəldən,
Könülə rövşən oldu sirri-əsma.
Yüzündür ayəti-Səbülməsani,
Sözündür xud əsəh-əsmai-hüsna.
Xətü xalindürür əbcəd hürufi,
Oxudun Lamü Badir, Kaf ilə Ha.
Qiyamət qamətini görən eydür:
Bəlamidir bu, yaxud qəddi-bala.
Yüzüni hər ki, gördü barəkallah,
Dedi: zi hüsn içində vəchi-ziba.
Yüzündür cənnəti-firdövsi-əla
Ki, Ta ha oxur onda haqq təala.
Şu kim tövhidə qaildir əhəd der
Sənə, ey hüsn içində fərdi-yekta.
Xəti-yaqutini can müshəfində,
Həbiba, dəsti-qüdrət etdi inşa.
Vücudi-kainatın cümlə sənsən,
A cudi binəhayət, fəzli-mövla.
Həqiqət sənsən, ol məzhər, həqiqət
Ki, məzhərdir sənə sər cumlə əşya.
Əgər aşiq və gər məşuq sənsən,
Gəh Adəm qorsan1 adın, gəh Həvva,
Gəhi Məcnun olursan Leyli iyçün,
Gəh olursan geri Məcnuna Leyla.
Gəhi Vamiq, gəhi Əzra olursan,
Gəhi Yusif, gəh olursan Züleyxa.
Gəhi Əhməd, Əlisən, gəh Xədicə,
Gəhi Məryəm olursan, gəh Məsiha...
Gəhi surət olursan, gəh məni.
Gəhi əsma olursan, gəh müsəmma.
Eşidir bu sədayi xəlqi-aləm
Ki, səndədir səməna və ətəna.
Günəşdən kəndözünü zahir etdin,
Qamu şeydə görəməz leykin əma.
Dü aləmdə nə kim var cümlə sənsən,
Əgər əsfəl əlavü, yaxud əla.
Görünürsən bu kəsrət aləmində,
Bəsirət əhlinə pünhanü peyda.
Səni hər şeydə gördü çün Həbibi,
K-o layi nəfy edüb, eydür ki, lilla.
Bilürsən k-ol fəqiri müstəhəqdir,
Nola hüsnün zəkatın etsən ita.
Təmənnayi visalındır, həmin bəs,
Əgər imruz əlavü, yuxu1 fərda.
Anın məqsudi sənsən gecə-gündüz,
Səni səndən edər hər dəm təmənna.
O huri-cənnətü rizvani anmaz,
Edəldən rövzəyi-hüsnün tamaşa.