Türk ordusuna
Görünüş
Türk ordusuna (1918) Müəllif: Əhməd Cavad |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey şanlı ölkənin şanlı ordusu,
Unutmam Qafqaza girdiyin günü!
Gəlirkən qovmaya Turandan Rusu
Ayağını Qara dəniz öpdümü?
İlk atarkən əski bürcə addımı,
Qars qalası salam topu atdımı?
Sən yaparkən orda zəfər şənliyi,
Məğlub duşmən qaşların çatdımı?
Çıxdığın gün Allahəkbər
Dağma Dağıstan dağlan qibtə eylədi.
Baxdı Xan Sarayı viran tağına,
“Sən gəlirsən şən oluram” - söylədi.
Gəldiyin gün Küriin axar-baxan,
Əski günahlardan silkindi, çıxdı.
Eşidib Gümrüdə təkbir səsini,
Araz sevincindən dünyayı yıxdı!
1918, Gəncə