Məzmuna keç

Türklərə məzalim

Vikimənbə saytından
Türklərə məzalim
Müəllif: Əhməd bəy Ağaoğlu
Mənbə: Əhməd bəy Ağaoğlu. "Türklərə məzalim". Ədəbiyyat qəzeti (az.). 17 iyul 2021: S. 10-11.


Bən şu sətirləri yazarkən gözlərim önündə Qafqasyadan son posta ilə gəlmiş qəzetələr duruyor. Bu qəzetələrin ilk səhifəsində şu xəbərə təsadüf ediliyor:

«Dün cümə ertəsi martın 19-nda gecə yarısında bir çox jandarma və polis məmurları Baküdə nəşr edilən bütün türk qəzetələrinin idarəxanələrini basaraq, kaffəsində [hamısını] təhriyyati-icra [axtarış icrası] ilə sahibi-imtiyaz və sərmühərrirlərini təhti-tövqifə [nəzarət altına] alıb həbsxanaya göndərdilər. Tövqif edilən zatlar şunlardır: «Yeni həqiqət» qəzetəsinin sahib-imtiyazı Oruc Orucov, sərmühərriri Məhəmmədsadıq Axundov, «Səda» qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov, «Yeni füyuzat» məcmueyi-ədəbiyyəsinin sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri Əhməd Kamal bəy əfəndi, heyəti-təhririyyəsindən Cəfər Bünyadzadə, «Şəhabi-saqib» qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Əliabbas Müznib Mütəllibzadə.

Məzkur qəzetələr tətil etdirilərək mətbəəxanələri də qapadılmışdır.!».

İştə son postanın gətirdiyi xəbərlər bundan ibarətdir. Əcəba Rusiya hökumətini bu qədər zülm və təəddiyat [təcavüz] icra etməsinə nə kibi [kimi] səbəblər sövq ediyor?

Şu suala veriləcək cavab atiyədə sərd edilən təfsilatdan anlaşılacaqdır.

Qafqasya silsileyi-cibalının cənubunda Batumdan başlayaraq Baküyə qədər imtidad edən [uzanan] tam beş yüz kilometrlik bir məsafə üzərində Osmanlı və İran hüdudları boyunda beş milyon türk sakindir. Bundan ta türk ellərinin Asiyayi-Qərbidə ikən zühurları zamanından bəri şu yerlərdə yerləşib, Qafqasya dağlarının da iç tərəflərinə doğru yayılmışlardır. Fəqət müruri-zaman [zaman keçdikcə] və təbəddülati-tarixiyyə [tarixi dəyişiklik] ilə başqa türklərdən ayrılmışlardı və kəndilərinin türk oğlu türk olduqlarını yalnız türk lisanının, türk şarqılarının, türk adət və əxlaqının mühafizəsi ilə bir dərəcəyə qədər anlada biliyorlardı. Hissiyatı-miliyyə və qövmiyyə ta şu axır zamanlara qədər bir hal sükunət və təvəqqüfdə [ətalət içində] duruyordu. Qayət zəki, fəqət qəliz bir cəhalətlə uyquda olan bu türklərin bütün fikirləri, duyğuları həmən müxtəlif məsaili-məzhəbiyyə [məzhəb məsələləri] ilə uğraşmaqdan ibarətdi. Məsaili-məzkurə [sözü gedən məsələ] isə cinsən, irqən, insanən və dinən bir qövm olan şu türklərin arasında nifaq və şiqaq [parçalanma] ilqa edərək [yaradaraq] başqa əqvama nisbətən pək geri qalmalarına səbəb oluyordu.

Bunlar şu halı-əsəfiştimal [təəssüf doğuran hal] içində qaldıqca təbii ruslar onları qaalə [söz] və hesaba belə almıyordu. Hətta bir çox kərə Rusiya hökuməti türk ellərinin xanlarını, əşrafını [əyanlarını], üləmasını [alimlərini] təltiflər, tətyiblər ilə [könlünü almaqla] oxşayaraq irqən və dinən qardaşları olan Osmanlı və İranın əleyhinə belə alət kimi qullanıyordu. Qafqasya dağlarında bulunan və ixtilafatı-irqiyyəyə rəğmən, dinən qayət müttəhid və mütəəssib [əlbir və təəssübkeş] olan əqvamı-sairiyeyi-islamiyyə [sair islam xalqları] rus hökumətini daha ziyadə düşündürüyordu. Rusiya hökuməti var qüvvəti ilə, bütün mövcudiyyəti ilə şu dağlar təpəsindəki müsəlmanlar ilə uğraşıyordu. Cənubdakı beş milyon türkləri də kəndi [öz] başlarına buraxmadı. Bunların cəhaləti ilə aralarında fəalanə bir surətdə icrayi-hökm edən ixtilaf və şiqaqları Rusiya hökumətinin ən qəvi, ən mətin bir istinadgahı idi.

Fəqət nəhayət bir gün gəldi. Türklər də dalmış olduqları xabi-məzəllətdən [zillət yuxusundan] oyandılar. Rusiya məktəblərində təhsili-elm və kəmalat edən və ruslar tərəfindən «ruslaşmalarına» çalışılan türk şubanı [cavanı] yavaş-yavaş kəndilərinin türk oğlu türk olduqlarını anladılar. Cəhl və cəhalətin, nifaq və ixtilafın türklərə vurduğu zərbələrin vəxamətini [ağırlığını] düşündülər. Bunlar elə çarpışmağa, mübarizəyə başlayıb, türklər arasında bir ittihad və ittifaqın vücudpəzir olmasına [mümkünləşməsinə] sərfi-məsai [səylər] etdilər. Bundan tam otuz beş sənə müqəddəm Qafqasyanın Bakü şəhərində ilk dəfə olaraq türk dilində «Əkinçi» namıyla həftəlik bir qəzetə nəşr edilməyə başlamışdı. Qəzetəyi təsis edən Moskva darülfünununu bitirmiş əşraf Qafqasyadan (mərhum) Həsən bəy Zərdabi idi. Bu zat Qafqasya müsəlmanlarının və bilxassə türklük hissiyatının nəşvünümasına [tərəqqi etməsinə] pək böyük xidmətlər etmişdir. Fəqət təəssüf olunur ki arası çox çəkmədən qəzetəsi qapadıldı. Qəzetənin tətilinə səbəb 1877 sənəsində rus və dövləti-Osmaniyyə müharibəsi əsnasında müsəlmanları təşviq və təhrik edəcək bir məqalənin nəşri olmuşdu. «Əkinçi» tətil etdirildikdən sonra Həsən bəy Zərdabi də Baküdən sürdürülmüşdü! Məzkur qəzetənin böylə qapadılması, Qafqasyada tənəmmüvə [inkişafa] başlayan türk hissiyyat və ədəbiyyatına mühlik [öldürücü] bir zərbə olmuşdu. Bundan sonra Rusiya hökuməti iyirmi yeddi sənə qədər bir müddət Qafqasya türklərindən heç birinə qəzetə və məcmuə nəşr etməyə müsaidə etmiyordu…

Fəqət, Rusiya hökuməti fikir və xəyal ilə pəncələşmənin səmərəsiz qalacağını düşünəmədi. Heç fikrin, xəyalın qarşısına sədd çəkmək qabilmidir? Vaxtilə Həsən bəy Zərdabinin əkmiş olduğu türklük toxumları qəlbi-millətdə caygir olaraq [yer tutaraq], yavaş-yavaş səmərə verməyə başladı. Tədricən Qafqasya türklərində elm və irfana, təməddün [mədəniyyət] və tərəqqiyə doğru bir hiss, bir meyl oyandı. Aralarında elm və irfan artdıqca türklük hissiyat və ittihad əsərləri də kəsbi-vüsət ediyordu…

Bilaxirə 1905 sənəsində mühərriri-acizlə bərabər əlyövm [indi də] Darülfünuni-Osmaninin tibb fakültəsində müəllimlik edən fazil, danışmənd doktor Əli bəy Hüseynzadə həzrətləri «Həyat» namında türkcə bumi [yerli] bir qəzetə çıxarmaq şərəf və səadətinə nail olduq. Qəzetəmizin sahibi-imtiyazı bütün qəlb və hissiyyatı ilə türk oğlu türk və ümumrusiyada birinci sinif sərmayədarlardan ədd edilən [sayılan] Hacı Zeynalabdin Tağıyev idi. Bu zat kəndi xeyrat və ehsanatı ilə Qafqasya müsəlmanlarına və bilxassə türklər arasında elm və irfanın, hissiyati-milliyənin intişarına böyük xidmətlər etmişdir. Muma-əleyhin [yuxarıda anılanın] himayə və müavinəti ilə bir çox müəssisati-elmiyyə və xeyriyyə, mütəəddid [çoxsaylı] məktəblər qiraətxanələr meydana gəlmişdir. Binaənileyh [ona görə] şu zat bu gün Qafqasyada yalqız deyildir. Onun ehsanları, xeyratları digər türk sərmayədarlarına bir örnək oldu. Bu sərmayədarlar arasında elm və irfan yolunda müəssisələr təsis etmək, nəşri-maarifə çalışmaq adətən bir rəqabət, bir mübarizə rəngini aldı. Hər biri kəndi təşəbbüsi-şəxsi və sərmayəsi ilə bir məktəb açmaq, bir qəzetənin məsarifini təmin etmək yaxud bir müəssiseyi-irfan təsis etmək şövq və eşqinə düşmüşdür. Şurasını da ərz edəlim ki əlyövmi-nəfs Bakü türkləri arasında beş-on milyon franqlıq sərmayədarlar az deyildir. Hətta Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev kibi yüzlərcə milyonlara malik zənginlər də vardır. Qafqasya qitəsinin digər yerlərində bulunan türklər də binnisbə zəngindirlər. Zira Qafqasya türkləri pək çalışqan, ticarət və sənaye, ziraətə qayət mahir və müstəiddirlər. Bu gün Qafqasyanın həyati-iqtisadisi Qafqasya türklərinin əllərindədir. Hətta ermənilər kibi ticarət və sənayedə mahir bir qövm belə Qafqasya türkləri ilə rəqabət edəmiyorlar. Bundan dolayıdır ki Qafqasyanın başqa yerlərində də əğniya [varlılar] və sərmayədarın müavinətləri ilə maarifi-milliyə pək səri [tez] bir surətdə intişar etmişdir.

Əlyövm bütün şəhərlərdə, qəsəbələrdə və köylərdə birər, ikişər Osmanlı dilində məktəblər güşad edilmişdir [açılmışdır]. Məktəbinin məsarif və ləvazimatı yerli əhali təmin ediyor. Fəqət bütün Qafqasyada türklük mərkəzi, türklük yatağı yenə Baküdədir. Türk fikri, türk hissiyyatı bütün Qafqasya qitəsinə, dağlarına, dərələrinə, ovalarına bu şəhərdən axıb gediyor. Bakünün türk zənginləri səməreyi-həmiyyətidir ki bu gün türk lisanı, türk ədəbiyyatı cinsən türk olmayan Qafqasyanın şair əqvami-islamiyyəsi arasında belə intişar etməkdədir.

Türklərin, ləzgi, çeçen və inquşlar və əqvami-sairə arasında açdıqları məktəblər sayəsində əlyövm türk lisanı Qafqasya əqvami-islamiyyəsi miyanında [arasında] bir lisani-ümumi dərəcəsinə varmışdır.

1905-dən 1909 sənəsinə qədər mühərriri-acizin əlindən beş qəzetə gəlib keçdi. Hökumət birisini qapadınca bir digərini çıxardıyorduq. Digər rüfəqayi-məsaimiz [çalışma yoldaşımız] də eyni əzm və səbatda bulunuyorlardı.

Möhtərəm Əli bəy Hüseynzadə həzrətlərinin «Həyat» qəzetəsindən sonra təsis etdiyi «Füyuzat» məcmueyi-nəfisəsi, o zamanlarda bütün əfradi-osmaniyyənin, bütün Osmanlı şüəra və üdəbasının bir mərcəi-yeganəsi olmuşdu. Yuxarıda Baküdə tövqif və həbs edilən əfəndilər arasında zikr etdiyimiz Əhməd Kamal bəy, «Füyuzat» məcmuəsinə Əli bəy Hüseynzadə həzrətlərinə müavinəti-təhririyyədə bulunmaq üzərə Baküyə dəvət edilmişdi.

Əhməd Kamal bəy əhrar və üdəbayi-osmaniyyədən olmaqla bərabər kəndisi də əlyövm təbəeyi-osmaniyyədəndir [Osmanlı təbəəsidir]. Muma-əleyh [qeyd olunan şəxs] Əbdülhəmid dövründə «Sərvəti-fünuna» və digər məcmuələrə çalışıyordu. Sonraları İstanbuldan firar ilə Misir əl-Qahirədə «Doğru söz» namında müdafieyi-hürriyyət niyyətilə bir qəzetə çıxarmışdı. Orada Əbdülhəmidin təqibatından əmin olmadığından Bolqarıstana getmək məcburiyyətində bulundu. İştə Baküyə dəvəti bu zamanlarda vüqu bulmuşdu [baş vermişdi].

Əhməd Kamal bəy Qafazyada türklük üçün pək çox, pək gözəl xidmətlər etmişdir. Mühərrirlik, müəllimlik, müdirlik vəzifələri ilə əhalinin tənviri-əfkarına, lisani-osmaninin intişarına, türklük osmanlılıq hissiyyatının qülub əhalidə [əhalinin qəlblərində] caygir olmasına [qərarlaşmasına] çalışmış və çalışmaqda bulunmuş idi. Tövqif edildiyi zamanda yenə «Yeni füyuzat» nam məcmuənin başında olmaqla bərabər, digər qəzetələrdə məqalələr yazmaqda bulunuyordu. Xülasə bu zatın türklüyə, islamiyyətə böyük xidmətləri olmuşdur. Kəndisi təbəeyi-osmaniyədən olduğu üçün, hökumətin nəzəri-diqqəti şu zati-möhtərəmin hali-əsəfiştimalına [təəssüf doğuran halına] cəlb etməklə bərabər möhtərəm sədr-əzəm və xariciyyə naziri paşalardan müşaürileyhin [adı çəkilənin] sürətlə xilasının çarəsinə baxmalarını istirham və tələb edəriz.

İştə şu müəssir amillər sayəsində yalnız Qafqazyadakı yeddi milyon müsəlmanları təsxir etməklə qalmadı. Dağları, dənizləri, hüdudları keçərək bir tərəfdən Azərbaycan çöllərinə, digər tərəfdən bəhri-Xəzər vadilərinə, Ceyhun ovalarına, Türküstan səhralarına qədər yayıldı. Böyük, müəzzəm bir kütleyi-bəşəriyyə əsrlərcə dalmış olduğu uyqudan oyanıb kəndisini bilməyə, kəndisini tanıtmağa başlıyordu. Baküdə başlanmış olan şu cərəyanı-əzimə [böyük cərəyanı] qarşıyan və baş tərəflərindən də eyni məal və mahiyətdə olmaq üzərədir ki iki cərəyan daha gəlməkdə idi. Bunlardan biri Qrımda «Tərcüman»lar, «Vətən xadim»ləri sayəsində vücuda gəlmiş, digəri də Qazandan, Orenburqdan və Hacı Tərxan (Astaraxan)dan eynə müəssir amillər saiqəsi ilə axıb kəlantər gələn cərəyanlar idi. Şu üç cərəyanın nöqteyi-iltihaq və iltisaqı [birləşmə və qovuşma] türklüyün əski oynağı (cövlangah) əski yatağı olan bəhri-Xəzər və dəşti-Qıpcaqdır! Rusiyanın məsahəcə qismi-əzəmini və ədədi-nufusca otuz milyonluq əhalisini mavi bulunan bir qitəsi şu cəryanların cövlangahını təşkil ediyor.. Rusiya hökuməti təbii bundan pək ziyadə quşqulanıyordu. Nəzəri-diqqətini və təvəccöhünü [diqqətini] dağlı müsəlmanlardan sərf-nəzər ilə cənub və şimal türklərinə ətf etdi. Bir çox təzyiqat və təqibat icra edilməyə başlandı. Rusiya müsəlmanları arasında vücuda gətirilmiş hərəkati-milliyyənin önünü almağa var qüvvəsi ilə çalışdı. Fəqət təqibat və təzyiqat şimdiki dərəcəyə varmamışdı. Bunun da başlıca səbəbi Osmanlı türklərinin canlanmaları, qüvvət bulmalarıdır. Şimdiyə qədər pək çox tənqidlərə alışmış Osmanlı türkləri şu üç sənə zərfində sayeyi-hürriyyətdə pək çox müvəffəqiyyətlər əldə etdiyi üç sənə oluna gəlincəyə qədər osmanlılığı, türklüyü hesaba almağa tənəzzül etmək belə istəməyən düşmənlər, bu gün osmalılıqdan qorquyorlar. Və şu qorqu üçündür ki hər yerdə Osmanlı dostlarını, türklük mühiblərini təqib və təzyiq ediyorlar.

Bu gün Rusiyada bulunan otuz milyon müsəlman adəta bir tərəssüd [nəzarət] altında, daha doğrusu bir işgəncə içindədir. Əli qələm tutan, ağzı söz söyləyən, əhalinin tənviri-əfkarına [fikirlərini işıqlandırmağa] xidmət edə bilən nərədə bir adam varsa tövqif etdiriliyor həbslərə atılıyor. Qəzetələr, kitablar, mətbəələr basılıyor, zəbt ediliyor. Yüzlərcə insanlar bilamühakimə mənfalara, Sibirya çöllərinə sürülüyor, zindanlarda çürüdülüyor. Türkiyə ilə əlaqədə bulunanlar, Türkiyədən gələn məktublar, qəzetələr, kitablar təqib edilərək müsadirə ediliyor.

Əcəba bolqarların, malisiyoryalıların imdadına qoşan və daima insaniyyət, hürriyyət pərdələri arxasında gizlənən arvopalılar, Rusiyadakı islamların düçar olduqları şu məzalimə qarşı — və ləv quru bir söz olsun — bir şey söyləməyə çıxarmı?! Ah! Biz biliyoruz ki, Avropa fikri və məntiqincə insaniyyət və hürriyyət kəlmələrinin müsəlmanlara şümulları [aidiyyəti] yoxdur! Bütün aləmi-islam, bütün türklər istərsə bir gündə, bir anda məhv olsunlar, Avropa insaniyyət və hürriyyətpərvərləri ağızlarını açıb da bir kəlmeyi-şəfqət belə söyləməzlər…

Varsın Rusiya hökuməti istədiyini müsəlmanlara yapsın! Fəqət bilmiş olsun ki, müsəlmanlara qarşı yapmış və yapmaqda olduğu hər növ zülm və təəddi [təcavüz] kəndisi üçün bir çahi-fəlakət [fəlakət quyusu], bir həfrəyi-zillət [zillər çuxuru] təşkil edəcəkdir. Milliyyət xəmirəsi, hər zaman, hər yerdə şühəda [şəhidlər] qanı ilə yoğrulmuşdur. Şühədası, məzlumu, məğduru olmayan bir millət hürriyyətə, istiqlaliyyətə, həyata kəsbi-istehqaq etməmişdir!

Kaş ki Rusiya hökuməti şu təzyiqatı, şu təqibatı otuz-qırx sənə əvvəl yapmış olaydı. Heç olmazsa bu gün otuz milyonluq müsəlman camaatı şu işgəncələrdən, şu məşəqqətlərdən qurtulmuş olurlardı.

Fəqət min kərə həmd olsun ki hər halda başladı. Biz bunu Rusiya müsəlmanlarının ən yaxın bir zamanda təxlisi-giriban edəcəklərinə [xilas olacaqlarına] bir əlamət, bir əsəri-xeyriyyədə tələqqi ediyor və qarşılıyoruz. Türk və türklük uğrunda həbsxanalara, zindanlara atılmış olanlar qərib əhali nəzərində bir qəhrəman olacaqlar. Və bu sayədə sənələrcə qələm ilə yapamayacaqlarını bir anda yapmış bulunacaqlardır.

Kutah hemmətan həme rahət tələb konənd
Aşeq bəla ke rahəte u dər bəlaye ust

[farscadan tərcümə: Himmətsiz insanlar hamısı rahatlıq tələb edərlər
Amma aşiqin rahatlığı bəlasındadır]

İştə şu eşqdir ki bəlalar məşəqqətlər içindəki böyük türklüyü Asiyayi-Qərbi və Asiyayi-Vüstada [Orta Asiyada] ehya və təcdid edəcəkdir [yenidən həyata qovuşduracaqdır].

“Tərcümani-həqiqət”, 13 aprel 1911, №10784