Məzmuna keç

Türkmənin

Vikimənbə saytından
Türkmənin
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ceyhun ilə Bəhri Xəzər arası
Çöl üstündən əser yeli türkmənin.
Gül qönçəsi, qara gözüm qarası
Qara dağdan ener seli türkmənin.

Haq sılamış vardır onun sayəsi
Çnpınır çölünde nəri, mayası.
Rəngbərəng gül açar yaşıl yaylası
Qərq olmuş reyhana çölü türkmənin.

Al-yaşıl bürünüb çıxar pərisi,
Kükrəyib bərq vurar ənbərin iysi.
Bəy, törə, ağsaqqal yurdun yiyəsi
Kürən tutar gözəl eli türkmənin.

01 mərdin oğludur, mərddir pəderi,
Koroğlu qardaşı, sərxoşdur səri.
Dağda, düzdə qovsa səyyadlar... diri
Ala bilməz yolbars oğlu türkmənin.

Könüllər, ürəklər bir olub başla,
Dartsa yığın ərir torpaqlar, daşlar.
Bir süfrədə təyyar qılınsa aşlar,
Qalxacaqdır ol iqbalı türkmənin.

Könül havalanır ata çıxanda,
Dağlar lələ dönər qıya baxanda,
Bal gətirər coşub dərya axanda
Bənd tutdurmaz gəlsə seli türkmənin.

Qafil qalmaz, döyüş günü xar olmaz,
Qarğışa, nəzərə giriftar olmaz,
Bülbüldən aynlıb solub saralmaz
Daim ənbər saçar gülü türkmənin.

Tirələr qardaşdır, unıq yandar,
İqballar tərs gelməz, haqqın nurudur.
Mərdlər ata çıxsa savaş sandır,
Yad üstünə yürər yolu türkmənin.

Sərxoş olub çıxar, ciyər dağlanmaz,
Daşlan sındırar, yolu bağlanmaz,
Gözüm qeyrə düşməz, könül əylənməz
Məxtumqulu — söylər dili türkmənin.