Tısbağa
Görünüş
Tısbağa Müəllif: Şifahi xalq ədəbiyyatı |
Tısbağa gözəl bir gəlin imiş. Bir gün yuyunmaq üçün su qızdırıbmış.
Paltarını soyunub girir tasa, başlayır çimməyə.
Birdən qaynatası içəri girir. Görür ki, gəlin tamam çıl-çılpaqdı.
Gəlin hələ də qaynatasının onu çılpaq görməməsini istəyir. Bilmir ki, neyləsin, harda gizlənsin. Üzünü göyə tutub yalvarır
ki, nə ola bir şey ola, bədənim örtülə.
Gəlinin ağzından söz qurtarmamış dönür tısbağaya. Deyirlər
həmin tasdır ki, dönüb olub tısbağanın çanağı. Həmişə bu çanağı
belində gəzdirir ki, çılpaq bədənini örtsün.