Məzmuna keç

Tǝala şanǝhü ǝkbǝr, bu nǝ hüsni-dilaradır

Vikimənbə saytından
Təala şanəhu əkbər, bu nə hüsni-dilaradır
Müəllif: Şah İsmayıl Xətai



Tǝala şanǝhü ǝkbǝr, bu nǝ hüsni-dilaradır,
Cǝmalın huridǝn yeyrǝk, boyun tubadan ǝladır!

Gözüm yüzün görǝr hǝrdǝm, zǝhi nazir, zǝhi mǝnzur,
Könül zülfin ilǝr hǝrdǝm, ǝcǝb aşüftǝ sevdadır.

Xocǝstǝ qamǝtin gördüm sǝnin, ey sǝrvǝri-xuban,
Bǝladǝn dil xilas olmaz, ǝcǝb hümmǝtlü baladır.

Əgǝr cövri-cǝfa qılsan, ǝgǝr mehrü vǝfa qılsan,
Yolundan dönmǝyim yoxdur ki, hǝq binavü danadır.

Xǝtai xǝstǝnin vergil, müradın hǝsbǝtǝn lillah,
Ki, xaki-asitanında işi daim tǝmǝnnadır.