Təalallah ki, sünidən sənintək xoş camal eylər
Görünüş
Təalallah ki, sünidən sənintək xoş camal eylər Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.214. |
Təalallah ki, sün’idən sənintək xoş camal eylər,
Yenə bədr ayın üstündə qara qaşlar hilal eylər.
Zəhi-nəqqaşi-surətgər ki, bir qətrə məni sudan
Nə göyçək hüsni-canpərvər, nə ziba xəttü xal eylər.
Üzü eyni-inayətdir şəhimin səm’inə degil:
Ki, neçin zülfünün cimi əlif qəddimi dal eylər?
Xəlayiqlər xəyal eylər ki, hüsnün Yusifə bənzər,
Əzizim yeydürür, billah, bu el yanlış xəyal eylər.
Məlalət çəkməzəm hərgiz ki, hicran bərkamal olsa,
Hər an nəsnə kamal olsa, fələk anı zaval eylər.
Yar ilə xəstə könlümün əcaib haləti vardır,
Vəleykən müddəi bilməz, bizimlə qilü qal eylər.
Nəsimi yar hicrində ümid üzməz vüsalından
Ki, Tanrı aqibət bi gün bu hicranı vüsal eylər.