Məzmuna keç

Təcnisi-digər

Vikimənbə saytından
Təcnisi-digər
Müəllif: Mirzə Fətəli Axundzadə
Təcnisin əlyazmasının sonunda onun yaılma tarixini, Axundzadə hicri 1257-ci il göstərmişdir ki, miladi tarixlə 1841-ci ilə düşür.


Çıxıb gül fəslində seyrə nigarım,
Sənalar eylərəm baharü yayə.
Doyunca gör qəddin, gözüm, bu qəmlə
Ömr çatmaz bir dəxi ilə və ayə.

Dedim: dilbər, məndən gəzmə dəxi dur,
Yolunda payəndaz baş ilə can dur.
Dedi: çün oxşatdın, məndən uzaq dur,
Qəmzəmi peykanə, qaşımı yayə.

Söylə, səba, yarə, əsib o yana,
Olurmu bir əhvalıma o yana,
Səhər ki, xabından sərxoş oyana,
Bənöfşə tək üzdə telini yayə.

Əcəl saqisindən allam peymanə.
Vəfa gər etməsən əhdü peymanə,
Məsturə tələtin cahan peymanə,
Nə nisbəti onun xurşidə, yayə.

Sək rəqibin, ya rəb, başına qarə.
Baxmasın bir də o sinəsi qarə.
Mənə ki, rəhm etməz o bağrı qarə,
Oxusan yüz ona hədisü ayə.