Təkərləmə
Təkərləmə Müəllif: Qayğısız Abdal |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Cümlə qablun bağalar
Qanatlanmış uçmağa.
Kərtənkələ dərilmiş
Kirim süyım keçmeyə.
Bir birə bir put duzu
Yüklənib gedər yola.
Gah at olur yorğalar
Gah quş olur uçmağa.
Bir qannca dəvənin
Təpmiş, oyluğun əzmiş.
Bir budunu götürmüş
Büryan edib yeməyə.
Kələbək ox yay almış,
Şikara çıxmış dağa.
Keyikləri ürkütmüş
Dönüb istər qaçmağa.
İbicik buğday əkmiş
Manizanm çayına.
Sivri sinək dərilmiş
İrqat olub biçməyə.
Ərgəninin köprüsü
Qurumuş susuzluqdan.
Ədimə minaresi
Əyilmiş su içməyə.
Balıqçı köprü yapmış
İstiranca suyuna.
Yuxlu-yuxlu ördəklər
Gəlmiş ondan keçməyə.
Donuz düyün eyləmiş
Qızcığazm evərə.
Meymun maqas gətirmiş
Xələtlərin biçməyə.
İnək hamama girmiş
Buğa dəlləklik edər.
Su sığın soyunmuş
Nöbət bəklər yunmağa.
Leylək qoduk doğurmuş
Zuma çalar ovada.
Balıq qavağa çıxmış
Zift turşusun qurmağa.
Ey bu Qayğısız Abdal
Bunca yalan söylədin,
Ya bunca yalan ilə,
Girərmisən uçmağa?