Tək nöqtə, ver-gül, su-al? Həya-can! Tək nida mənəm!

Vikimənbə saytından
Tək nöqtə, ver-gül, su-al? Həya-can! Tək nida mənəm! (1997)
Müəllif: RAUF CAVAD

Aşiq tək yox-fəna, məşuq tək ruhi bəqa mənəm!
Tək nöqtə, ver-gül, su-al? Həya-can! Tək nida mənəm!

Əlidir tək-bir aslanım, Əqlim tək-bir silahım!
İsmim cümlə cahanə izhar, tək-bir Zəhra mənəm!

Kimdir əhli-əyalim?! Sual verir cümlə canim!?
Ver-gül bənzəri əhli-beyt, surəti Yəhya mənəm!

Kimdir Ya Muhəmməd, Ya Əli, Ya Həsən, Ya Hüseyn?!
Nöqtə-Xəyal, Ata-Kəmal, Müqəddəs Ana, mənəm!

Kimdir övlad?! Məhəbbətim!? Meyvələrim-nemətim!?
Sual eylər həqq ümməti?! Adəmi-Həvva mənəm!

Kimdir Qabil?! Həqqə üsyan eylər!? İblisdir nəfsi!?
Nida gələr, suala yardım eylər, Ata mənəm!

Kimdir Habil?! Adəmə səcdə eylər!? Nur Xəyaldır!?
Kim bu suala cavab eylər, sevgi yara, mənəm?!

Hikmət nida! Rauf Cavad, Arif çox su-al eylər!?
Hüseyn-Yusif, eşq zühur eylər! Yar Abbasa mənəm!