Məzmuna keç

Tənbəl (Abbas Səhhət)

Vikimənbə saytından
Tənbəl
Müəllif: Abbas Səhhət

Çox yatma, dur a tənbəl,
Yatsan, olar iş əngəl.
Gün dağlara yayıldı,
Hər bir yatan ayıldı.
Yar-yoldaşın səhərlər
Tez məktəbə gedərlər.
Sən çəştədək yatırsan,
Pal-paltarın atırsan.
Xeyri-şərin qan, oğlum,
Öz halına yan, oğlum.
Bir azca himmət eylə,
Bir azca qeyrət eylə.
Hər kim dilər şad olsun,
Getsin çalışqan olsun.