Təndir harda və ondan məqsəd idi?
Təndir harda və ondan məqsəd idi? |
Necə ki, ayədə gəlmişdir. Tufanın nişanəsi təndirdə suyun qaynaması idi. Təndir çörək bişirilən yerə deyilir. Bir neçə hədisə, İbni Abbas və başqalarından nəql olunan sözlərə istinadla belə ələ gəlir ki, qeyd olunan təndir, ya Nuhun evində, ya da indiki Kufə məscidi olan bir möminə qadının evində idi və ondan çörək bişirmək üçün istifadə olunurdu. Nuhun arvadı ya möminə qadın çörək bişirməklə məşğul idi. Birdən təndirdə su qaynamağa başladı. Dərhal hadisəni Nuha xəbər verdilər. Nuh gəlib bir az torpaq götürüb onun üstünü qapadı. Sonra gəmiyə qayıdıb lazım olan adamları və heyvanları gəmiyə yığdı. Yenə də qayıdıb torpağı təndirin üstündən götürdü. Bu an su qaynadı. Göy, su tuluğunun ağzı açılantək yağmağa, Fərat çayları və başqa bulaqlar daşmağa başladı. Yer üzü su ilə doldu.
Təndirin mə`nası haqqında başqa fərziyyələr də verilmişdir. Məsələn: Bəziləri ondan məqsəd yer üzünü və suyun ondan qaynamasını, bəziləri isə günəşin çıxmasını və onun saçmasını biliblər. Amma Təbəri, Məclisi və başqa alimlərə uyğun olaraq birinci fərziyyə daha düzgün nəzərə çarpır.
Hər halda bulaqlar şiddətlə qaynadı, çaylar daşdı və göy guruldayıb dəhşətli yağış yağdı. Bir azdan bütün yer üzü, çöllər, səhralar, meşələr su ilə doldu. Ancaq gəmidə olan Nuh, onun ailəsi və iman gətirənlər nicat tapdılar.
“Nuh (yoldaşlarına) dedi: -“Gedəndə, dayananda gəmiyə Allahın adını çəkərək minin. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
“Gəmi onları dağ kimi (yüksək) dalğaların içi ilə aparırdı.” Zalım, qudurmuş camaatın necə qaynayan dalğaların arasında ölümlə üzbəüz olduqlarını, Allahın əzəmətli tufanı içərisində necə çabaladıqlarını və Allah tərəfindən öz itaətsilikləri üçün qəti cavab aldıqlarını müşahidə edirdilər.
Bəli, böyük Allah onların haqqında buyurur: -“Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. Sonra yerdə qalanları suda boğduq! Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.” Başqa bir surədə buyurur: -“Biz Nuha və onunla birlikdə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xəlifələr) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu...” Necə günahkarlar öz günahlarına görə boğulub Duzəxə daxil oldular.”