Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi
Görünüş
Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi Müəllif: Məhəmməd Füzuli |
Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi,
Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi.
Nə zibasən ki, surət bağılamaz təsviri-rüxsarın,
Təhəyyür surət eylər, surətin çəkdikcə nəqqaşi.
Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyayə,
Sanır kim, cizginir aləm, kimin kim, cizginir başi.
Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün,
Xəyal etmən verə tiryaki-zəhri-qəm, bu xəşxaşi.
Bəqasi mümkün olmaz, olsa gər divari-ömründə
Məhü xurşiddən xiştü bina, əflakdən kaşi.
Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün,
Salır feyzi-Məsiha badəyə xümxanə xəffaşi.
Füzulini rəhi-eşqində əşkü ah edər rüsva,
Bəladır, hər kimin bir yolda qəmmaz olsa yoldaşi.