Məzmuna keç

Tərfi-rüxsarə nə xoş zülfi-xəmin pirayə

Vikimənbə saytından
Tərfi-rüxsarə nə xoş zülfi-xəmin pirayə
Müəllif: Molla Abbas Cavanşir
Mənbə: Mir Möhsün Nəvvаb, Təzкirеyi-Nəvvаb, Bакı, 1998.


Tərfi-rüxsarə nə xoş zülfi-xəmin pirayə,
Guyiya, əbri-siyəh halə urubdur ayə.

Çıxma gün qarşısına, ruyinə düşdükdə günəş..
Üzünə zəxm urar zülf salanda sayə.

Səndə bu qədər həlavət ki, sərapa görünür,
Səni, guya, əmizib şirü şəkərdən dayə.

Gər biləydim bu qədər hicr cəfasın çəkirəm,
Mən ədəm içrə bəsi sabiq idim ünqayə.

Gər vəfa görsə idi əhli-zamandan Məcnun,
Mürğ, vəhşilər ilə düşməz idi səhrayə.

Görməmiş qеyri-cəfavü sitəmi-qürbətü qəm,
Bilməzəm kim, nеçün Abbas gəlib dünyayə.