Tərifnamə

Vikimənbə saytından
Tərifnamə
Müəllif: Mirzə Fətəli Axundzadə


Ey Kekqubad taxtında əyləşən!
Şahlığın onda həmişəlik olsun.
Mənim bu əməyimə tərəf nəzər sal,
Ki, bu mənim sərmayə və xəzinəmdir.
Zəmanə şahının astanasına layiq
Əgərçi töhfəm çox kiçikdir,
Omdan başqa töhfəm yoxdur.
Ancaq sədaqətdə heç kəsdən əskik deyiləm.
Dünyanın, hadisələri olan bu namədə,
Bir şahı sədaqətlə həmişəlik bəyəndim,
Ki, İran ondan bəzək tapdı,
Bütün işlər intizam və tərtib tapdı.
Elə ki, fərmanvericilik taxtına əyləşdi,
Öz qəhredici qüvvəsi ilə məmləkətdə fitnə qapısını bağladı.
Zirəkliklə gəıəcəyin fikrini etdi.
Ədalət və səxavətlə öz adını diriltdi.
Taxta əyləşdiyi vaxtdan, rus padşahı ilə
Dostluq rəsmlərini saxlamışdır.
Ey şah, bil ki, mənim bu kitabım
Sənin gözəl işlərini dünyaya nişan verər.
Baxışlarını İranın ətrafına tikərək,
O ölkənin xəbərlərini yığaraq,
Uca səs ilə dünyaya oxuyar.
Nasirəddin çox hörmətli şahdır.
Xoşbəxt və mələk sifətli padşahdır.
Xasiyyəti ilə tac və taxtı yüksəldən
Tədbiri ilə hər işə ki, başlayır,
Aydın iradəsini nəzərdə tutur.
Ey padşah, sənin məmləkətinin xəbərləri,
Sənin işlərini aşkar edir.
Həmişə səni tərif edən kitabım
Bu yaxşı işdə ondan yardım aldı.
Şaha layiq saysız inciləri.
Biz üzücü kimi o dənizdən çıxarır,
Hər vaxt onları adamlara bağışlayır.
Qafqaz ucqarından polyak yurduna qədər,
Dünyanı başdan-başa sənin dövründə,
Sənin adının şöhrəti ilə doldurur.
Bütün bəşər tayfaları bilsinlər ki,
Ey ədalətli, sənin bu gözəl dövründə,
İran sənin sayəndə nə qədər rahatdır,
Ey tac sahibi, bu məsnəvi ilə sənə tərif yazdım.
Əgər ki, etibarca
Onun qiyməti haqqında lovğalanmağa dəyməz.
Ancaq onu səmimi sədaqətimin əlaməti hesab et!
Ruslardan bir kiçik şairəm,
Həzrətinizə sədaqət bəsləyirəm.
Ümidim vardır ki, bu neçə beyt
Ki, qaranlıq xatirimdə nəqş bağladı.
Şahın mərhəmət günəşinin işığından
Ay günəşdən işıqlandığı kimi, işıqlanacaqdır.
Səxavətinlə məni də başı uca et!
Şadlıq qapısını üzümə aç!
Fikri aydın bilicilər nə gözəl demişdir:
“Şahların kölgəsi könüldən qəmi aparar!”