Məzmuna keç

Təriqi-fəqr tutsam təb tabe, nəfs ram olmaz

Vikimənbə saytından
Təriqi-fəqr tutsam təb tabe, nəfs ram olmaz
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.142.

Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz,
Qina qılsam tələb, əsbabi-cəmiyyət təmam olmaz.

Dəhanından əsər görmən, miyanındən nişan, vəh kimi
Məni-nakamə ömrümdən müyəssər hiç kam olmaz.

Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim,
Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz.

Müridi-saqiyəm kim lütfi əhli-zövqə daimdir,
Nə hasil əhli-zöhdün şəfqətindən kim, müdam olmaz.

Dedim: üşşaqə cövr etmə; dedi ol xublar şahi:
Siyasət olmayınca eşq mülkündə nizam olmaz!

Ləbindən qətrə-qətrə qan içər könlüm kərahətsiz,
Şəkərdən olıcaq mey qətrəsi guya həram olmaz.

Füzulini məlamət eyləyən bidərd bilməzmi
Ki, bazari-cünun rüsvalarında nəngü nam olmaz.