Məzmuna keç

Təzə

Vikimənbə saytından
Təzə
Müəllif: Şair Bəşir
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Sübhün çağı gördüm çeşmə başında,
Burda canlar alan bu yazdan təzə.
Eybi yox əndamda, nə göz-qaşında,
Sərasər geyinmiş ətlazdan təzə.

Dedim: niyə mayıl-mayıl gəzirsən?
Eyləyib ağlımı zayıl, gəzirsən.
Qul olum, eyləsən qayıl, gəzirsən,
Deyim qurban, nəzir-niyazdan təzə.

Can alanım, canım alan gəzirəm,
Həmi xürrəm, həmi nalan gəzirəm.
Axtarıram, elə oğlan gəzirəm,
Necə ki ay çıxar ay yazdan təzə.
.................................................
(şeirin davamı əldə olunmayıb)