Məzmuna keç

Təzələnir

Vikimənbə saytından
Təzələnir
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.45

 
Yenə sevgim can almağa,
Qeyzə doluf gəzələnir.
Ala gözlərin görəndə,
Köhnə yaram təzələnir.
 
Doymaq olmaz belə dostdan,
Sinəsi bağı-gülüstan.
Bir cüt qoşa nardı büstan,
Öpmək, əmmək məzələnir.
 
Dilin şəkər - dönüb qəndə,
Zülfün salıb məni bəndə,
Bir fürsət ələ düşəndə,
Niyə qəmzə, naz elənir?