Məzmuna keç

Təzkireyi-Nəsrabadi

Vikimənbə saytından
Təzkireyi-Nəsrabadi
Müəllif: Mirzə Nəsrulla Ərdəbili


Canan zülfü kəmənddir uzanmış o hər yerdə,
Hər tərəfə aparsa könlü, salar kəməndə.

Çalış piri-muğanın könlün ələ alasan,
Zahid deyən sözlərsə olmaz könülə yatan,

O, yolunu azdırar, sanki söylər həqiqət.
Aldadıcı sözlərlə sanki verər nəsihət.



Gözəllər vuranda zülflərinə daraq,
Dinə, küfrə məndə qalmır artıq maraq.
Bağlanmışdır zəncir ağıl ayağına,
Dünya Məcnun deyə, ad vermişdir ona.

Saqi demiş mənə ən ilkin çağından,
Doldurulmuş qədəhə ürəyin qanından.
Nüsrətdən sən dostluq ümidini umma,
Dost-aşnası da yad olmuş belə ona.