Məzmuna keç

Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi

Vikimənbə saytından
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi
Müəllif: Əbdülxalıq Yusif
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,
Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.

Ləlinin ta qönçeyi-noxiztək rəngin görüb
Yar yüzin ruxsari-pakın rəşk əflak eylədi.

Əşkim ol gündən gözümdən düşdü kim seylan edib
Tutiyayi-xaki-payın didədən pak eylədi.

Könlüm ol gündən bənə düşməndi kim səndən səva,
Gül tamaşası ani gördüm fərəhnak eylədi.

Olmasaydı vəslin öldürmüşdi hicranın məni,
Səmmi-hicri zövq-vəslin məhz-tiryak eylədi.

Yusifin ta kim yetirsin kuyinə badi-səba,
Atəşi-eşqin vücudin yandırıb xak eylədi.