Ta camalın nuri çeşmimdǝn nihan olmuş durur

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ta camalın nuri çeşmimdən nihan olmuş durur
Müəllif: Şah İsmayıl Xətai



Ta camalın nuri çeşmimdǝn nihan olmuş durur,
Gecǝ-gündüz işim, ah ilǝ fǝğan olmuş durur.

Hüsnün ta görmüşǝm, bir bülbüli-zar olmuşam,
Çün mǝnǝ kuyin mǝqami gülstan olmuş durur.

Bir mǝsǝldir kim deyǝrlǝr: "Gǝncin üstǝ mar olur",
Zülf içindǝ hüsnin ol gǝnci-nihan olmuş durur.

Gǝr fǝlǝk yüzündǝ derlǝr: "Mahi-tabandır şǝrǝf",
Tǝlǝtin yer üstǝ mahi-asiman olmuş durur.

Pir olmuşdu cahanda firqǝtindǝn, ey sǝnǝm,
Ta yüzün gördü Xǝtai növcǝvan olmuş durur.