Məzmuna keç

Ta ki, taği-zərnigarın çərx viran eyləmiş

Vikimənbə saytından
Ta ki, taği-zərnigarın çərx viran eyləmiş
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.165.

Ta ki, taği-zərnigarın çərx viran eyləmiş,
Xişti-zərrinin səba fərşi-gülüstan eyləmiş.

Katibi-təqdir xətti-səbzə təhrir etməyə
Lövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş.

Qət’ edib fəsli-xəzan abi-rəvan şirazəsin,
Nüsxeyi-gülzarın övraqın pərişan eyləmiş.

Dövr cövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən,
Cuybari-gülşəni zənciri-zindan eyləmiş.

Eyləmiş tədbiri-təşvişi-xəzan taracının
Lalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş.

Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib,
Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş.

Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyas
Kim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş.